Qoca qarının divlə sevişməsi - Azərbaycanda uşaqların tərbiyəsini kim pozur?

saytların hazırlanması

Evə çatdırılma

Qoca qarının divlə sevişməsi - Azərbaycanda uşaqların tərbiyəsini kim pozur?

Sosial

04 Aprel 2023 12:07 1580


Azərbaycanda uşaq ədəbiyyatı ilə bağlı zaman-zaman tənqidi fikirlər səslənir və problemlər hələ də qalmaqdadır.  Bu mövzu sosial şəbəkələrin Azərbaycan seqmentində yenidən gündəm olub. “Cəlayi-Vətənin nağılı”ndakı intim səhnə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Cəlayi-Vətənin qoca anası ilə divin sevişmə epizodunu bir sıra valideynlər qeyri-tərbiyəvi sayıb.

Yenisabah.az-a açıqlamasında sosioloq-jurnalist Elçin Bayramlı bildirib ki, bu tip nağılları uşaqlarımıza oxutmaq, onu dərsliyə salmaq sadəcə olaraq psixoloji terrordur və açıq şəkildə əxlaqsızlığın təbliğatıdır:

“20 ildən çoxdur ki, bu işlə məşğul olan mütəşəkkil dəstə var. Onlar əvvəllər də kitablarımıza və antologiyalarımıza belə şeyləri dürtüblər. Onlar xalqın mifologiyasına, folkloruna və ədəbiyyatına zərrə qədər aid olmayan şeyləri bu kitablara doldurublar. Belə uydurma pozğun nağılların yazılması və uşaqlara danışılması rəzillik və biabırçılıqdır. pizza

Belə çıxır ki, bu işlə gizli bir mafiya məşğul olur. Qarşılarına belə bir plan qoyulub ki, uşaqlardan başlayaraq Azərbaycan xalqının qadınlarını, qızlarını pozğuna çevirin. Belə nağıllarla murdar və rəzil şəkildə övladlarımızın beynini pozurlar. Biz o vaxt “Azərbaycan nağılları" 5 cildiyi dərc olunanda bunu kimlərin təşkil etdiyini araşdırmağa çalışdıq, lakin axırına çıxa bilmədik".

“Əslində, bunu araşdırmaq mənim işim deyil, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Güman edirəm ki, onlar Ermənistandan maliyyələşdirilir. Ya da xarici xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndələridir.

Ona görə də təhlükəsizlik və hüquq-mühafizə orqanları bu adamları tapıb cəzalandırmalıdır. Çünki açıq şəkildə xalqımız təhqir olunur, mənəvi terror aparılır”,- deyə E. Bayramlı fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!