Qorxmaz Hüseynov Lənkəranda qəbul keçirdi
18 Okt 2019 17:38
255

Qorxmaz Hüseynov Lənkəranda qəbul keçirdi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan sakinləri qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.    

Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəran, Astara və Lerik rayonlarından 30 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən içməli su təchizatı və kanalizasiya xidmətləri,  işə qəbul və digər məsələlərlə bağlı olub. 

Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Qorxmaz Hüseynov Lənkəranda qəbul keçirdi

Oxşar xəbərlər