Ermənistan Baş naziri Nikol Paşinyan İran tərəfinin TRIPP layihəsi ilə bağlı narahatlıqlarından danışıb.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, o, İrana son səfəri zamanı və ondan əvvəl Ermənistan tərəfinin açıq və şəffaf şəkildə hərəkət etdiyini bildirib.
“Narahatlıq yaradan bütün sualları cavablandırmağa hazırıq, çünki TRIPP çox genişmiqyaslı və çox vacib iqtisadi və infrastruktur layihəsidir. Bu, Ermənistan və İran da daxil olmaqla, regiona fayda verəcək. Xatırlatmaq istəyirəm ki, bu layihənin həyata keçirilməsi İran, Azərbaycan, Naxçıvan, Ermənistan və Gürcüstan əraziləri vasitəsilə Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsi açacaq”, - Paşinyan bildirib. Dominos pizza
Telegram kanalımız