Qubada ağac çiçək açdı – Video

Qubada ağac çiçək açdı – Video
Sent 22, 2019 11:55
Oxunma sayı: 159

Qubada alça ağacı çiçək açıb.  

Yenisabah.az xəbər verir ki, rayon mərkəzindəki ağaclıqda alça ağacı çiçək açıb. Respublikanın şimalında bəzi  ağaclarda vaxtsız  oyanma baş verib. 

Quba Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktor müavini Mədət Qurbanov  bildirib ki, meyvə ağaclarında belə hal fizioloji prosesin pozulması ilə əlaqədar olur. Bu da öz növbəsində məhsuldarlığın növbəliliyinin pozulmasına səbəb olur. 

“Yəni, tez çiçək açan meyvə ağacı gələn il məhsul vermir və ya az məhsuldar olur. Fizioloji halın baş verməsinə səbəb kimi quraqlıq da göstərilə bilər. Ağac birdəfəyə bol su içdikdə belə hallar baş verir. İqlim dəyişmələri ilə belə hal baş verdikdə çiçəkaçma kütləvi halda baş verir”. 

Havanın günəşli keçməsi bal arılarının da çiçəklərə qonaraq, nektar toplamasıyla müşayiət olunur.

Yenisabah.az