Qurban Qurbanov qərarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov qərarını açıqladı

İdman

14 Sentyabr 2026 17:47 108


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilən cinah müdafiəçisi Abbas Hüseynovun komandadakı gələcək taleyi ilə bağlı qəti mövqeyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun əsas komandaya dönmək şansının olmadığını və ona özünə yeni klub tapmasının həvalə edildiyini kəsdirib atıb:

"Abbas Hüseynovun əsas komandaya qayıtmaq ehtimalı yoxdur. Ona hər şey bildirilib. Danışılacaq bir şey yoxdur", — deyə Qurban Qurbanov vurğulayıb. Toyuqlu pizza

Qeyd edək ki, bir müddət əvvəl intizamsızlıq səbəbindən əsas heyətdən uzaqlaşdırılaraq "Qarabağ-2" komandasına göndərilən 29 yaşlı müdafiəçinin Ağdam təmsilçisi ilə yolları tamamilə ayırmaq ərəfəsində olduğu bildirilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!