Quru makaronlar xərçəng yaradır? - Video

Quru makaronlar xərçəng yaradır? - Video

Sosial Veb saytların hazırlanması

13 Fevral 2024 01:45 757


Əksər uşağın çox sevdiyi, tez-tez yediyi bişirilməmiş quru makaronlarla bağlı sosial şəbəkələrdə yayılan görüntülər insanları bu məhsulla bağlı yenidən düşünməyə vadar edib.

Tərkibində qurdların olduğu iddia edilən kadrlarda balacaların sağlamlığı üçün təhlükə olduğu aydın görünür.

Ekspertlər bu makaronların zərərli olduğunu, hətta xərçəng yarada biləcəyini deyirlər. Quru makaronların tərkibində asılılıq yaradan maddə olduğu da qeyd olunur.

Qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, belə qidaları qəbul edən şəxslərdə bir çox daxili orqanların xəstəlikləri, eyni zamanda da həzm problemi yaranır:

“Onların yanında istifadə olunan, el arasında Çin duzu kimi tanınan dadlandırıcılar ağızda ənənəvi dadbilmə hissini pozmaqla yanaşı, həm də həmin qidadan asılılıq yaradır”. Üstəlik, bu makaronların plastik qablarda olması, həmin qabda qidaya qaynar suyun əlavə edilərək hazırlanması onları daha da zərərli edir.

Mütəxəssislər deyirlər ki, adi gün şüalarının təsiri nəticəsində bu növ qida məhsullarında kimyəvi reaksiyalar gedir və qəbulu zamanı bütün orqanların zədələnmək ehtimalı artır.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!