Quş qripi bu ölkələri bürüdü

saytların hazırlanması

Evə çatdırılma

Quş qripi bu ölkələri bürüdü

Dünya

05 Dekabr 2022 07:23 685


Quş qripi qərb ölkələrini bir-birinin ardınca zəbt edir.

Avropada xəstəlik heç vaxt bu qədər geniş miqyasda və belə sürətlə yayılmayıb. Əksər təsərrüfatlar heyvanları məhv etməyə ya ciddi karantin rejiminə keçməyə, alıcılar isə kəmərlərini sıxmağa məcbur olurlar.

Məlumata görə, Aİ tezliklə quşçuluq təsərrüfatı məhsullarının əksəriyyətindən məhrum ola bilər. Belə ki, təkcə Fransada artıq bir milyondan çox toyuq məhv edilib. Dörd ferma tamamilə bağlanıb. Daha 20 istehsalçı uzunmüddətli karantinə keçib. Marqarita pizza

Britaniyada vəziyyət daha pisdir. Krallıqda çox az toyuq yumurtası qalıb. Hinduşka əti isə artıq Polşadan gətirilir.

Okeanın o tayında - ABŞ-da bu epidemiya artıq ölkə tarixində ən ölümcül hadisə adlandırılıb. Son bir il ərzində ABŞ-da 50,5 milyondan çox quş tələf olub. İnfeksiya dalğası demək olar ki, bütün ştatları bürüyıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!