Rahidə studiyada göz yaşlarına boğuldu

saytların hazırlanması

Evə çatdırılma

Rahidə studiyada göz yaşlarına boğuldu

Şou

12 Aprel 2025 11:05 300


Rahidə Baxışova TV ekranda göz yaşlarına qərq olub.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, kövrək anlar “İncə səhər” verilişində yaşanıb.

Proqramda müğənnidən həyatını ağ vərəqə çəkməsi istənilib. Rahidə çəkdiklərinin şərh edərək ağlayıb: Toyuqlu pizza

“İçimdə böyüməmiş bir uşaq var. Ağ vərəqdə bu şəkilləri çəkərək o illərə qayıtdım. Yaşadıqlarımın hamısını burada əks etdirə bilmirəm. Çünki yaşadığım həyat hekayəsi bu vərəqə sığmaz. Amma bacardığım qədər çəkdim.

Çəkdiyim ağacın bir tərəfi yarpaqları tökülmüş, digəri isə çiçəklənmişdim. Bu da mənim atamla əlaqədardır. Onun əvvəlcə olması sonra isə olmamasıdır Bir az çətin yollar. Uşaqlıqda ağır yollardan keçmişəm. Qara buludlar, yaşıllıq, günəş...

Çəkdiyim ürək isə sənətə, həyata olan sevgimdir. Bəlkə sevib, ailə qurduğum... O ürəyin içinə bütün sevgimi sığdırmışam. Həyat keşməkeşlidir. Bəzən istədiyin kimi olmur. Sonda özümə... Çox çətindir bu anlar mənim üçün. Arzum sağlam və xoşbəxt həyat yaşamaqdır”.

Rahidə Baxışova 2 dəfə ailəli olub, boşanıb. Birinci evliliyindən bir oğlan, ikinci evliliyindən isə Zəhra adlı qızı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!