Ramil Hacıyevə vəzifə verildi 

saytların hazırlanması

Evə çatdırılma

Ramil Hacıyevə vəzifə verildi 

Sosial

28 İyun 2024 13:04 561


Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib. 

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ramil Hacıyev Beynəlxalq dil mərkəzinə direktor təyin olunub. 

Ramil Hacıyev Türkiyənin 19 Mayıs Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr, "Xarici dilin tədrisi metodologiyası" ixtisaslaşması üzrə isə magistratura təhsilini tamamlayıb. Hazırda təhsilini doktorantura səviyyəsində davam etdirir.  pizza

R.Hacıyev "British School", SABAH qrupları və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində müxtəlif proqramlar üzrə dərsləri tədris edib. Həmçinin müxtəlif universitetlərin ingilis dili proqramlarında müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. O, London Biznes Mərkəzi, Arizona Dövlət Universiteti, Oksford Kolleci və digər nüfuzlu təhsil müəssisələrində təşkil olunmuş təlimlərdə və ixtisasartırma proqramlarında iştirak edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!