TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən azad olunmaq istəyir.
Yenisabah.az xəbər verir ki, bu barədə özünün Tvitterdəki səhifəsində bildirib.
“Hörmətli dostlar! pizza
Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.
Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”, - deyə TƏBİB sədri sosial şəbəkədəki hesabında yazıb.
Bundan əvvəl "Bakupost" Ramin Bayramlının istefaya getməsi barədə məlumat yayıb.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib.
O, "Dəqiqləşdirib deyərəm" deməklə kifayətlənib.
Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.
Telegram kanalımız