Ramiz Mehdiyev ağlını itirib. Bu yaşda get həyatını yaşa, daha nə istəyirsən? Mətbuatda da oxudum ki, oğlunu hakimiyyətə gətirmək istəyirmiş.
“Yeni Sabah” xəbər verir ki, bunu Modern.az-a müsahibəsində keçmiş maliyyə naziri Əvəz Ələkbərov deyib.
"Ramiz Mehdiyev icra başçıları ilə işləyirdi. Biz Prezidentlə işlədiyimizə görə, nazirlərdən çəkinirdi, ehtiyatlı davranırdı. Sovet təfəkkürlü idarəetmə mütəxəssisi idi". Online alış-veriş
Əvəz Ələkbərov özünün nazir işlədiyi dövrdə Ramiz Mehdiyevə qarşı çıxan nazirlərin də adını çəkib:
"Sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Onlar nazir olanda həmişə sözlərini deyiblər. Ramiz Mehdiyev də onlardan çəkinib".
Telegram kanalımız