Ramiz Mehdiyev bu vəzifəsini də itirdi

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev bu vəzifəsini də itirdi

Siyasət

27 Oktyabr 2024 13:26 1827


Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini Ramiz Mehdiyev olub.

Beləliklə, Ramiz Mehdiyevin tutduğu vəzifə ləğv edilib. Dördpendirli pizza

O, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibində sadəcə adi üzv olub.

Qeyd edək ki, Ramiz Mehdiyev 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. O, 2019-cu ildə vəzifəsindən azad edilib. Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!