Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.
Məlumata görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb. Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq. Toyuqlu pizza
Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Həmçinin digər bir məlumata görə, məhkəmədə ifadə verənlər arasında Eldar Namazov və Sərdar Cəlaloğlu da var.
Gununsesi.info məsələ ilə bağlı Sərdar Cəlaloğlu ilə də əlaqə saxlayıb. Lakin o, sözügedən məlumatı təkzib edib:
“Mən bu məsələ ilə bağlı heç bir ifadə verməmişəm”, – deyə o bildirib.
Qeyd edək ki, əldə olunan daha bir məlumatda AXCP sədri Əli Kərlimlinin cinayət işinin Ramiz Mehdiyevin işindən ayrıldığı deyilir.
Hazırda Əli Kərimli ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
Telegram kanalımız