Ramiz Mehdiyevin gəlini ilə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin gəlini ilə bağlı qərar verildi

Hadisə

31 Oktyabr 2025 10:47 1462


Prezident Administrasiyasının keçmiş rəhbəri, dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.

“Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi. Dördpendirli pizza

Məlumatı klinikadan saytımıza təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib. 

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib. 

Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına “stop” qoyulub.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!