Ramzan Kadırov koronavirusa yoluxdu
21 May 2020 19:08
253

Ramzan Kadırov koronavirusa yoluxdu

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə Moskvaya çatdırılıb.

Yenisabah.az “BAZA” Telegram kanalına istinadən xəbər verir ki, o, Rusiyanın paytaxtında ən yaxşı klinikalardan birinə yerləşdirilib.

İlk simptomlar bir neçə gün əvvəl görünsə də, o, qripə yoluxduğunu düşünüb. Lakin Kadırovun səhhəti pisləşdiyindən həkimlər ona Moskva xəstəxanalarına müraciət etməyi tövsiyə ediblər.

Tibbi dairələrdən verilən məlumatlara görə, Ramzan Kadırovda artıq ağciyərlərin zədələnməsi qeydə alınıb. Ancaq COVID-19-a yoluxma diaqnozu hələlik təsdiq olunmayıb.   /Baku.ws

Oxşar xəbərlər