İspaniya La Liqasının növbəti turunda "Real Madrid" səfərdə "Elçe"nin qonağı olub. Gərgin və dramatik mübarizəyə səhnə olan qarşılaşma paytaxt təmsilçisinin 3:2 hesablı çətin qələbəsi ilə başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, meydan sahiblərinin kəskin müqavimətinə baxmayaraq, hücumda daha kəsərli oynayan Madrid klubu vacib 3 xalı xhanəsinə yazdırmağı bacarıb.
Bu qələbədən sonra "Real Madrid" keçirdiyi 6 matçdan 15 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsindəki yerini qoruyub. Toyuqlu pizza
Kataloniya təmsilçisi bir oyun az keçirməsinə baxmayaraq, top fərqinə görə zirvədəki liderliyini saxlayır. La Liqada çempionluq uğrunda gedən bu amansız yarış iki nəhəng arasında gərginliyin artacağını göstərir.
Nazim Hacıyev
Telegram kanalımız