Qurani-Kərimi yandırıb təpikləyən qadına cəza verildi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qurani-Kərimi yandırıb təpikləyən qadına cəza verildi - VİDEO

Dünya

31 Oktyabr 2026 13:30 86


İsveçdə Qurani-Kərimi yandıran ifrat sağçı Jade Sandberq məhkəmə qarşısına çıxarılıb. 

“Yeni Sabah” xəbər verir ki, hadisə 2024-cü il avqustun 24-də Stokholmda, Odenplan meydanında olub.

50 yaşlı Jade Sandberg Qurani-Kərimi yandıraraq təpikləyib. O, törətdiyi əməlin görüntülərini sosial şəbəkə hesabında canlı yayımlayıb. Bundan sonra onun barəsində şikayət edilib. pizza hut

Stokholm Məhkəməsi Sandberqin işi üzrə qərarını açıqlayıb. Məhkəmənin qərarına əsasən, ona nifrət cinayətinə görə şərti həbs cəzası verilib. Sandberq gündəlik 100 İsveç kronu hesabı ilə ümumən 3 min kron (təxminən 275 avro) cərimə ödəməlidir.

Bundan başqa, o, Zərərçəkmişlər Fonduna 1000 kron, dövlətə isə müdafiə xərcləri üçün 17 min kron (təxminən 1500 avro) ödəməli olacaq.

Sandberq 2025-ci ildə Stokholm məscidinin qarşısında keçirdiyi təxribat zamanı “Küçələrimizdə müsəlman istəmirik” ifadəsini işlədib. Lakin məhkəmə bu açıqlamaya görə irəli sürülən ittiham üzrə ona bəraət verib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!