Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında ən çox faiz gəliri əldə edən bank “Kapital Bank” olub.
"Yeni Sabah" Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatlara əsasən xəbər verir ki,, “Kapital Bank”ın faiz gəlirləri qeyd olunan dövrdə 986 milyon 294 min manat təşkil edib.
Faiz gəlirlərinin həcminə görə ikinci yerdə 937 milyon 195 min manatla Azərbaycan Beynəlxalq Bankı, üçüncü yerdə isə 441 milyon 585 min manatla “PAŞA Bank” qərarlaşıb. pizza
İlk beşlikdə, həmçinin 240 milyon 404 min manat faiz gəliri ilə “Bank Respublika” və 222 milyon 885 min manatla “Unibank” yer alıb.
Siyahıda sonrakı yerləri “AccessBank” (216 milyon 70 min manat), “Bank of Baku” (164 milyon 93 min manat), “Yelo Bank” (153 milyon 521 min manat), “Xalq Bank” (152 milyon 874 min manat) və “Rabitəbank” (118 milyon 537 min manat) tutub.
Faiz gəlirlərinin illik artım tempinə görə ən yüksək göstərici AFB Bankda qeydə alınıb. Bankın faiz gəlirləri illik müqayisədə 125,8% artaraq 38 milyon 937 min manata çatıb. “Ziraat Bank Azərbaycan”da artım 47,8%, “Yapı Kredi Bank Azərbaycan”da isə 38,8% təşkil edib.
Bununla yanaşı, “Xalq Bank”ın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3%, “Bank Melli İran-Bakı”nın faiz gəlirləri isə 8,4% azalıb.
Ümumilikdə, siyahıda Azərbaycanda fəaliyyət göstərən 21 bankın faiz gəlirləri əks olunub.
Telegram kanalımız