Rəqsanə ərindən danışdı: “Bircə dəfə peşman olmuşam“

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanə ərindən danışdı: “Bircə dəfə peşman olmuşam“

Şou

15 Fevral 2022 10:31 1037


Uzun müddətdir Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova əri ilə evliliyinin 10 illiyini qeyd edib.

Yenisabah.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Fazil Əmiraslanlı ilə görüntülərini paylaşan ifaçı onunla gec evləndiyi üçün peşman olduğunu bildirib: pizza

“Bu gün bizim evliliyimizin 10 ili tamam oldu. Sənə bir etiraf edim: evliliyimiz müddətində bircə dəfə peşman olmuşam, o da səninlə gec evləndiyimə görə. Yaxşı ki, varsan”.

Müğənni biznesmen Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olduğunu bildirib. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanlı Rəqsanənin 2 qızını da soyadına keçirib.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!