Restoranlar bağlanır?-Bu da açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Restoranlar bağlanır?-Bu da açıqlama

Sosial

25 Aprel 2021 07:33 1786


Ölkədə epidemioloji vəziyyətə uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər. Ramazan ayının daxil olması ilə əlaqədar restoranların bağlanılması əsas müzakirə olunan məsələlərdən biridir. 

Mövcud vəziyyəti dəyərləndirən Milli Məclisin üzvü Fazil Mustafa BAKU.WS-ə bildirib ki, Ramazan ayında restoranların bağlanılması barədə qərar qəbul etmək yanlış olardı:

"Sadəcə olaraq restoranlarda qaydalara riayət olunmasına nəzarət etmək lazımdır. Paralel olaraq kütləvi şəkildə toplaşmaq və iftar məclisləri təşkil etmək olmaz. İftar süfrəsinə məhdud sayda insanın toplaşması mümkündür. pizza

Restoranlarla bağlı bütövlükdə qadağa tətbiq etmək isə doğru olmazdı. Restoranlarda işləyən insanların sayına baxsaq, orada nə qədər insanın pul qazandığını görmək olar. Bu insanlar ac qalmalı deyillər. Bu səbəbdən qaydalara ciddi riayət olunmasını təmin etmək lazımdır. Bunu tənzimləyəndən sonra digər problemlər öz həllini tapacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!