Fransa Prezidenti Emmanuel Makron ölkəyə dördgünlük rəsmi səfərə gələn Roma-Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonu Yelisey sarayında qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, təntənəli qarşılanma mərasimindən sonra tərəflər arasında təkbətək görüş keçirilib və ardınca diplomatik korpusun, dövlət rəsmilərinin iştirakı ilə geniş tərkibli tədbir baş tutub.
Yelisey sarayında çıxış edən Papa XIV Leon müasir dövrdə sülhün və diplomatiyanın vacibliyini vurğulayıb, qlobal münaqişələr fonunda dialoqun gücləndirilməsinə çağırış edib. Səfər çərçivəsində tərəflər həmçinin süni intellektin etik idarəolunması, qlobal nüvə tərksilahı və insan ləyaqətinin qorunması kimi beynəlxalq əhəmiyyətli mövzuları ətraflı müzakirə ediblər. Pepperoni pizza
Qeyd edək ki, bu səfər son 18 ildə Roma Papasının Fransaya gerçəkləşdirdiyi ilk dövlət səfəri kimi tarixi əhəmiyyət kəsb edir. Pontifikin Paris proqramına YUNESKO mənzil-qərargahında çıxış və yenidən bərpa olunan Notr-Dam kilsəsində ibadət mərasimində iştirak da daxildir.
Nazim Hacıyev
Telegram kanalımız