Ronaldo 900-cü qolunu vurdu 

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo 900-cü qolunu vurdu 

İdman

06 Sentyabr 2024 14:06 493


Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo üçün Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Xorvatiya ilə matç əlamətdar olub. 

Yenisabah.az xəbər verir ki, 39 yaşlı forvard bu matçda fərqlənib. Nəticədə o, rəsmi matçlarda 900-cü qoluna imza atıb. 

Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl Nəsr”də 68, millidə isə 131 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının ən yaxşı bombardiridir.  pizza sifarişi

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində çıxış edir. Kriştiano millidə 213-cü matçına çıxıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!