Kriştiano Ronaldo mövsümün sonunda karyerasını bitirə bilər.
“Yeni Sabah” xəbər verir ki, 41 yaşlı futbolçu bunu “Vogue” jurnalına müsahibəsində deyib.
O, futbolu buraxandan sonra həyatında yaranacaq boşluğu müxtəlif fəaliyyətlərlə doldurmaq istədiyini deyib: Toyuqlu pizza
“Gələcəyim artıq planlaşdırılıb. Məni məşğul edəcək çox işim var. Onların sayı o qədər çoxdur ki, konkret birini demək çətindir. Futbol böyük bir boşluq yarada bilər və onu yalnız bir şeylə yox, müxtəlif yollarla doldurmaq lazımdır. Daha çox əylənmək, səyahət etmək, izləmək və padel oynamaq istəyirəm. Xanımımla əldə etdiklərimizdən zövq almağa davam etmək istəyirəm”.
Telegram kanalımız