Kriştiano Ronaldo Britaniya futbolundan bəhs edən “Day 1s” serialının istehsalına başlayıb.
"Yeni Sabah" xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib.
O, çəkiliş meydançasından görüntüləri və layihənin prodüseri Metyu Vonla birgə fotosunu yayımlayıb. Online shopping Azərbaycan
Serial uydurma futbol agenti Stenli Daltonun həyatından bəhs edəcək. Baş qəhrəmanı “Homeland” və “Billions” seriallarından tanınan aktyor Damyen Lüis canlandıracaq. Layihədə Fransanın sabiq hücumçusu Tyerri Anri və britaniyalı reper Dave də iştirak edəcək.
Ronaldo Metyu Vonla birlikdə rəhbərlik etdiyi UR•Marv Studios vasitəsilə layihənin icraçı prodüseri kimi çıxış edir. Portuqaliyalı futbolçunun özü də serialda rol alacaq.
Telegram kanalımız