Yeni il planı quranların diqqətinə - Ucuz istirahət etməyin yolu

saytların hazırlanması

Evə çatdırılma

Yeni il planı quranların diqqətinə - Ucuz istirahət etməyin yolu

Sosial

12 Noyabr 2026 07:26 181


Yeni ilin gəlişinə hələ bir aydan çox vaxt qalsa da, bayram tətilini ölkə daxilində keçirmək istəyənlər artıq istirahət planlarını qurmağa başlayıblar.

Bu səbəbdən həm uyğun qiymətə yer tapmaq, həm də son anda yaranan qiymət artımından yayınmaq istəyənlər erkən rezervasiyaya üstünlük verməyi düşünürlər.

Bəs Yeni il tətili üçün otel bronunu indidən etmək nə dərəcədə sərfəlidir? Erkən rezervasiya həqiqətən daha ucuz istirahət imkanı yaradır, yoxsa bir qədər gözləmək daha məqsədəuyğundur? İnternetdən sifariş

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan  turizm üzrə ekspert Ceyhun Aşurov  bildirib ki, hotellər və turizm şirkətləri Yeni il tətili ilə bağlı hazırlıqlara başlayıblar:

“Artıq Yeni ilin gəlişinə təxminən bir ay vaxt qalıb. Bununla əlaqədar olaraq, xüsusilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən otel və restoranlar yeni il tətili üçün hazırlıqlara başlayıblar. Onlar turistlərə və istirahət etmək istəyənlərə xitab edən müxtəlif tətil paketləri hazırlayırlar. Hələlik bu paketlər satışa çıxarılmasa da, otellər və turizm şirkətləri onları əsasən sosial şəbəkə səhifələri vasitəsilə tanıdırlar”.

Ekspertin sözlərinə görə, bayram yaxınlaşdıqca otellərdə yerlər azalır, qiymətlər isə arta bilər:

“Ölkə daxilində və ya xaricdə istirahət etməyi planlaşdıranlar üçün əvvəlcədən rezervasiya etmək daha sərfəli seçim ola bilər. Bu, həm qiymət baxımından əlverişli təkliflərdən yararlanmağa, həm də sonradan yarana biləcək problemlərin qarşısını almağa imkan verir. Çünki bayram günlərində tələbatın artması səbəbindən bəzi otellərdə boş yerlər qalmır, mövcud paketlərin qiymətləri isə yüksəlir.

Daha sərfəli təkliflərdən yararlanmaq üçün vətəndaşlara tətil planlarını əvvəlcədən müəyyənləşdirməyi tövsiyə edirik. Xaricə səfər etməyi düşünənlər aviabiletlərini, ölkə daxilində istirahət etmək istəyənlər isə otel rezervasiyalarını mümkün qədər erkən həyata keçirsələr, daha münasib qiymətlərlə qarşılaşa bilərlər”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!