Rövnəq Abdullayevin oğlunun toyundan - Foto, Videolar

Rövnəq Abdullayevin oğlunun toyundan -
İyul 6, 2019 09:49
Oxunma sayı: 14534

Dünən SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin toyu olub.

"Yeni Sabah" xəbər verir ki, “Buta Palace”da baş tutan toyda bir sıra dövlət xadimləri, tanınmış simalar iştirak edib.

Toya müğənni qismində dəvət olunanlar arasında Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Əməkdar artistlər Ədalət Şükürov və Röya Ayxan və Çingiz Mustafayev olub. Toyun aparıcısı isə İTV telekanalının bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyeva olub.

Sənətçilər toydakı performanslarını əks etdirən görüntüləri “Instagram” hesablarında paylaşıblar.

 

 

Yenisabah.az