Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO

Sosial

25 İyun 2026 16:04 155


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qurumun Aparat rəhbəri ilə bağlı qərar verib. 

“Yeni Sabah” “Qaynarinfo”ya istinadla bildirir ki, Komitə sədri Rövşən Rzayevin müvafiq əmri ilə 66 yaşlı Eldar Zeynalovun dövlət qulluğunda olma müddəti növbəti bir il üçün uzadılıb. 

Qeyd edək ki, 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. pizza mizza

Eldar Zeynalov 1960-cı il martın 21-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 12.07.2018-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini təyin edilib, 29.08.2018-ci ildən bu günədək isə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsində işləyir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!