Röya Heydər Əliyevin məzarı başında - Video

saytların hazırlanması

Evə çatdırılma

Röya Heydər Əliyevin məzarı başında - Video

Şou

10 May 2024 10:12 710


Bu gün Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

Yenisabah.az xəbər verir ki, Xalq artisti Röya Ayxan azyaşlı uşaqlarla birgə Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

O, Heydər Əliyevin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyub. pizza

Həmin anları sosial şəbəkə hesabında paylaşan ifaçı yazıb:

“Bu dünyada sevgi, hüzur, sülh var. Hansı ki, onları yaşatmaq bizim əlimizdədir. Elə sevgilər var ki, görmədiyin bir insana qarşı həmişə var olur. Baxın, bu uşaqlar kimi… Heydər Əliyevi görməyən nəsil belə bizimlə eyni duyğuları yaşayır. Biz çox şanslı nəsilik ki, Ulu Öndər Heydər Əliyevlə eyni dövrdə yaşamışıq. Ümummilli liderimizi belə anmaq istədim”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!