Xalq artisti Röya Ayxan komediya aktyoru Nicat Rəhimovla dueti “Dəli kimi”ni təqdim edib.
Yenisabah.az xəbər verir ki, günlər əvvəl tizeri yayımlanan ekran işi bu gün musiqi platformalarında, eyni zamanda, Röya Ayxanın rəsmi yutub kanalında dinləyicilərin ixtiyarına çatdırılıb.
Bakıda lentə alınan klipin çəkilişi “Beat Group”a həvalə olunub, rejissorluğunu isə Leyla Bağırlı edib. Pepperoni pizza
Əyləncəli layihəyə rəhbərliyi “Kevents Group” öz üzərinə götürüb.
Mahnının müəllifi Ceyhun Bayramlı (Jay Hun), fotolar Elbəy Sadıxlıya məxsusdur.
İmamət İSMAYILOVA
Telegram kanalımız