Röya xərçəng xəstəsi olan pərəstişkarına baş çəkdi

saytların hazırlanması

Evə çatdırılma

Röya xərçəng xəstəsi olan pərəstişkarına baş çəkdi

Şou

15 Fevral 2023 13:54 1089


Xalq artisti Röya Ayxan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlarla görüşüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

Müğənni Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı belə bir addım atıb:  Marqarita pizza

“Ayan Babazadənin ən böyük arzularından biri mənimlə görüşmək imiş.  Buna biganə qala bilməzdim. “Nargis” Fondunun kollektivi ilə birlikdə Uşaq Klinikasına baş çəkdim.

Görüşümüz elə maraqlı keçdi ki. Onun üçün “Ayan” mahnısını oxudum, digər uşaqlarla birgə dedik, güldük, əyləndik. Hədiyyələrini verdik. Hisslərimi yazmaqda çətinlik çəkirəm.

Bu gün həm də Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Onlarla bağlı arzularım çoxdur.  Hamınızı sağlam, ailənizin yanında görmək istəyirəm. Mənim balaca dostlarım, sizi sevirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!