Rus diplomat İstanbulda ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Rus diplomat İstanbulda ölü tapıldı

Dünya

14 Oktyabr 2023 12:33 437


Rusiyalı diplomat Türkiyədə ölüb.

Yenisabah.az NTV-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Pan-Avropa Əməkdaşlıq Departamentinin direktoru Nikolay Kobrinets İstanbulun Taksim səmtində, mehmanxana otağında ölü tapılıb.

Səhər görüşünə gəlmədiyi üçün həmkarları diplomatla əlaqə saxlamağa çalışıb. Bundan sonra otel işçiləri Kobrinetsin otağına daxil olaraq onun meyitini aşkarlayıblar. Dominos pizza

İlkin məlumatlara görə, diplomat ürək tutmasından dünyasını dəyişib.

Ölümün dəqiq səbəbini öyrənmək üçün onun cəsədi meyitxanaya aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!