Rusiya gəmisi vuruldu, İstanbula yan aldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya gəmisi vuruldu, İstanbula yan aldı

Dünya

30 Avqust 2026 23:49 90


Rusiya bayrağı altında üzən “Omski-107” quru yük gəmisi Novorossiysk yaxınlığında Ukrayna qüvvələrinin hücumu nəticəsində zədələndikdən sonra İstanbulun Şilə rayonu sahilinə yan alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Məlumata görə, hücumdan sonra gəminin heyəti xilasetmə qayıqları ilə gəmini tərk edib: pizza

"Quru yük gəmisi zədələnib, xüsusilə də kapitan körpüsü ciddi şəkildə yanaraq yararsız vəziyyətə düşüb. Gəmi Şiləyə çatana qədər nəzarətsiz şəkildə hərəkət edib. Hadisə bölgəsinə Sahil Mühafizəsinin qrupları göndərilib".

Qeyd edək ki, Türkiyənin dənizçilik üzrə aidiyyəti qurumları hələlik bu məlumatı şərh etməyib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!