Rusiya hücumları Kiyevin nəqliyyat sistemini iflic etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya hücumları Kiyevin nəqliyyat sistemini iflic etdi

Dünya

03 Oktyabr 2026 08:12 88


Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin iki sahilini birləşdirən altı əsas körpüdən ən böyüyünə hücumlarını intensivləşdirib.

“Yeni Sabah” xəbər verir ki, paytaxtın strateji nəqliyyat qovşağı hesab olunan bu körpüyə son üç gün ərzində artıq dördüncü dəfə dalbadal zərbə endirilib. Baş verən ciddi dağıntılar səbəbindən ərazidən keçən qatarların və qatar xətlərinin hərəkəti tamamilə dayandırılıb.

Məlumata görə, hücumların bu dərəcədə kəskinləşməsi Kremlin hərbi strategiyasındakı yeni mərhələdən xəbər verir. Kəşfiyyat mənbələrinin yaydığı xəbərlərə görə, Rusiya Prezidenti Vladimir Putin sentyabrın əvvəlində keçirilən qapalı toplantıların birində "Bundan sonra heç bir qayda-qanun yoxdur" ifadəsini işlədib. Mütəxəssislər bildirirlər ki, strateji mülki və nəqliyyat infrastrukturlarının hədəf alınması paytaxt Kiyevin logistikasını tamamilə çökdürmək məqsədi daşıyır. pizza sifarişi

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!