Rusiya MN: Yeni səfərbərlik olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiya MN: Yeni səfərbərlik olmayacaq

Dünya

29 Sentyabr 2023 10:18 310


Rusiya Baş Qərargahı əlavə səfərbərlik etməyi planlaşdırmır.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Baş Qərargahın Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəis müavini Vladimir Simlyanski deyib.

O bildirib: “Rusiya Federasiyasının Silahlı Qüvvələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamış şəxslər, habelə xüsusi hərbi əməliyyatda iştirak etmək qərarına gələn könüllülər tapşırığı yerinə yetirmək üçün kifayətdir”. Pepperoni pizza

V. Simlyanskinin sözlərinə görə, "hazırda müqavilə əsasında hərbi xidmətə könüllü daxil olmaq qərarına gələn vətəndaşların sayı xeyli artıb”.

Xatırladaq ki, 21 sentyabr 2022-ci ildən etibarən Rusiyada qismən səfərbərlik həyata keçirilir. 2022-ci il oktyabrın 28-də müdafiə naziri Sergey Şoyqu səfərbərlik tədbirlərinin başa çatması barədə prezident Vladimir Putinə məlumat verib. O, 2022-ci il noyabrın 4-də Putin xüsusi hərbi əməliyyat çərçivəsində 318 min nəfərin səfərbər edildiyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!