Rusiyanın pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın Sumı şəhərindəki ticarət-əyləncə mərkəzinə zərbəsi nəticəsində üç nəfər ölüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov öz "Telegram" kanalında məlumat yayıb.
"Təəssüf ki, hazırda Sumıda ticarət-əyləncə mərkəzinin ərazisinə PUA hücumu nəticəsində 3 nəfərin öldüyü məlumdur", – o yazıb. Toyuqlu pizza
Qriqorovun məlumatına görə, 2 nəfər yaralanıb.
Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir. Nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Telegram kanalımız