Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı - VİDEO

İdman

19 Noyabr 2026 16:24 64


Ekvadorun 3-cü divizionunda çıxış edən “Syudad-de-Yantsasa” klubunun oyunçusu Con Perlasa 8 il müddətinə diskvalifikasiya olunub.

"Yeni Sabah" xəbər verir ki, “Rio-Aquariko” ilə matçda gutbolçu hakim köməkçisinə daş atıb.

Daş hakimin üzünə dəyərək ciddi xəsarət yetirib. Bundan sonra o, əməliyyat olunub. Hakimin sağalması üçün 60 günə qədər vaxt lazım ola bilər. İnternet mağaza

Ekvador Futbol Federasiyasının İntizam Komitəsi araşdırmadan sonra Perlasanı oyunun rəsmi şəxsinə fiziki hücumda təqsirli bilib. Perlasa 19 oktyabr 2034-cü ilədək futbolla bağlı bütün fəaliyyətlərdən kənarlaşdırılıb. “Syudad-de-Yantsasa” klubu isə 2 min dollar cərimələnib, həmçinin zərərçəkmiş hakimin müalicə xərcləri üçün əlavə 4369,73 dollar ödəməli olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!