Rusiyada ehtiyat ordu yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada ehtiyat ordu yaradılır

Dünya

22 İyun 2023 14:49 777


Bu ayın sonuna qədər Rusiya ordusunda ehtiyat ordu, yaxın gələcəkdə isə ordu korpusu formalaşacaq.

Yenisabah.az İnterfax-a istinadla xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının iclasında Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, ehtiyatda olan ordu və ordu korpusu 3,7 mindən çox texnika alacaq. Pepperoni pizza

Şoyqu bildirib: “İyunun sonuna kimi ehtiyat ordunun formalaşdırılmasını və tezliklə ordu korpusunun formalaşdırılmasını başa çatdıracağıq”.

O vurğulayıb ki, hazırda Rusiya Silahlı Qüvvələri ordu korpusunun, ordunun tərkibində ehtiyatlar formalaşdırır. Nazir əlavə edib ki, ona 20-ci Ordunun 5 alayı əlavə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!