Rusiyada uzun illər öncə cinayət törədən şəxs Azərbaycanda yaxalanıb.
"Yeni Sabah" xəbər verir ki, Şəki şəhərində anadan olan 1978-ci il təvəllüdlü Nəcməddin Məmmədov (soyad şərtidir - red.) 2012-ci ildə Moskvada "Persey" Ticarət Mərkəzində həmyerlisi Adamxan Şükürovla birlikdə alverə başlayıb. Hər iki şəxs ticarət mərkəzində qadın ayaqqabıları satırmış. Bir müddətdən sonra onların arasında narazılıq yaranıb. Nəcməddin Məmmədov Adamxan Şükürovun gündəlik normal alver etdiyini görüb, ona problemlər yaratmağa başlayıb.
Buna baxmayaraq A.Şükürov alverini davam etdirib. Bir neçə gün sonra Nəcməddin ticarət mərkəzinin qarajında olarkən Adamxan Şükürovun ora piyada daxil olduğunu görüb, onu öldürmək qərarına gəlib. O, avtomobilində olan vintaçanla A.Şükürova hücum edərək ona kürək və baş nahiyələrindən xəsarətlər yetirib. pizza hut
Yaralı xəstəxanaya yerləşdirilib. Nəcməddin isə dərhal Rusiya ərazisini tərk edərək Azərbaycana gəlib.
Faktla bağlı cinayət işi başlanılıb, Nəcməddin barədə axtarış elan olunub. Lakin təqsirləndirilən şəxs tapılmadığı üçün cinayət işinin icraatı dayandırılıb.
2025-ci ildə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Məmmədov Şəkidə saxlanılıb. Faktla bağlı başlanılmış cinayət işinin icraatı təzələnib və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə N.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə tərəflər arasında barışığı nəzərə alaraq, iş üzrə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və onun cəzası şərti hesab olunub./Oxu.az
Telegram kanalımız