Rusiyada ötən sutka ərzində koronavirusdan 38 450 nəfər sağalıb.
Yenisabah.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu da indiyədək qeydə alınmış ən yüksək gündəlik rəqəmdir.
Məlumata görə, ötən gün ölkədə koronavirusa 33 796 nəfər yoluxub, 1238 nəfər də ölüb. pizza
İndiyədək Rusiyada 9 468 189 nəfər koronavirusa yoluxub. Bunlardan da 269 057 nəfəri ölüb, 8 164 826 nəfər isə sağalıb.
Telegram kanalımız