Rusiyadan daha çox mal əti idxal etməyə başlamışıq

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan daha çox mal əti idxal etməyə başlamışıq

İqtisadiyyat

29 İyun 2026 16:41 79


Bu ilin yanvar-aprel aylarında Azərbaycan 17,4 milyon ABŞ dolları dəyərində 4 min 412 ton iribuynuzlu heyvan əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin məlumatlarında əks olunub.

Rəqəmlər ötən ilin göstəricisindən dəyər ifadəsində 40%, kəmiyyət olaraq – 39% çoxdur. Pepperoni pizza

Hesabat dövründə Azərbaycan Ukraynadan 10,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 74 % çox) 2 min 158 ton (+45 %), Braziliyadan 3,5 milyon ABŞ dolları dəyərində (+33 %) 1 min 491 ton (+78 %), Belarusdan 1,6 milyon ABŞ dolları dəyərində (-13 %) 340 ton (-18 %), Hindistandan 1,1 milyon ABŞ dolları dəyərində (-11 %) 319 ton (-21 %), Rusiyadan 231 min ABŞ dolları dəyərində (+88 %) 72 ton (+5 dəfə) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 13 min 150 ton mal ətinin 53%-i Ukraynanın, 26,4%-i Braziliyanın payına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!