Ukrayna Müdafiə Qüvvələri avqustun 16-na keçən gecə Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən "Kamenski Kombinat" müəssisəsinə zərbə endirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, obyektin ərazisində yanğın qeydə alınıb, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. Dominos pizza
Qeyd edək ki, həmin kombinat Rusiya müdafiə-sənaye kompleksinin müəssisəsi olub, "Uraqan", "Smerç" və "Tornado-S" reaktiv yaylım atəşi sistemlərinin sursatları, eləcə də bir sıra raket sistemləri və aviasiya zərbə vasitələri üçün bərk raket yanacağı istehsal edir.
Telegram kanalımız