Rusiyaya sığınan 2 azərbaycanlı ilə bağlı   SON QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya sığınan 2 azərbaycanlı ilə bağlı SON QƏRAR

Kriminal

04 Sentyabr 2026 12:21 50


Azərbaycanın Baş Prokurorluğunun vəsatətləri əsasında daha 2 təqsirləndirilən şəxs,  Nahid Əlicanlı və Renad Orucov Rusiya Federasiyasından Azərbaycana ekstradisiya edilib.

"Yeni Sabah" xəbər verir ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Nahid Əlicanlı və Renad Orucovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunub.

Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. pizza

Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub. Onlar istintaqdan yayınaraq gizləndikləri üçün dövlətlərarası axtarışa veriliblər.

Hər iki şəxs Rusiya Federasiyasının ərazisində saxlanılıb və Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!