Rus ordusu Xerson vilayətini növbəti dəfə atəşə tutub.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib.
“Ruslar Stanislav kəndini MLRS ilə vurub. Nəticədə iki nəfər ölüb, bir nəfər də yaralanıb”, – Yermak bildirib. pizza hut
Onun sözlərinə görə, beş fərdi yaşayış evi də dağılıb və zərər görüb.
Qeyd olunur ki, rusların daha bir neçə yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində biri körpə olmaqla 6 nəfər həlak olub.
Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, ruslar səhər saatlarından bölgədəki dinc yaşayış məntəqələrini atəşə tuturlar:
“Xüsusən də düşmən yaşayış binalarını və mülki infrastrukturu hədəfə alır”./Konkret.az
Telegram kanalımız