Saatlıq əməkhaqqı ilə bağlı RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Saatlıq əməkhaqqı ilə bağlı RƏSMİ AÇIQLAMA

İqtisadiyyat

04 Sentyabr 2025 14:59 1298


Bir müddət əvvəl yayılan xəbərlərə görə, Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. Bunlardan ən mühümü saatlıq əməkhaqqı sisteminin tətbiqidir.

Məcəllədə, həmçinin məsafədən işin hüquqi tənzimlənməsi, eyni dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan işçilərlə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm məsələlər də öz əksini tapacaq.

Musavat.com xəbər verir ki, Modern.az dəyişikliklərin bu il tətbiq edilib-edilməyəcəyini dəqiqləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb. pizza

Nazirlikdən bildirilib ki, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi və s. ilə bağlı qanunverciliyə dəyişiklik layihəsi aidiyyəti üzrə təqdim olunub və hazırda baxılmaqdadır.

Əlavə olaraq qeyd edilib ki, bu layihələrlə bağlı yeniliklər olduqda məlumat veriləcək .


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!