Sabah metroda qatarların hərəkət qrafiki   dəyişəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah metroda qatarların hərəkət qrafiki dəyişəcək

Sosial

25 İyun 2026 11:08 169


26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik ediləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

"28 May–Əhmədli" sahəsində və əks istiqamətdə pik saatlarda qatarlar arasında interval 2 dəqiqə 30 saniyə təşkil edəcək. pizza hut

"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti şənbə gününün qrafikinə uyğun tənzimlənəcək. Bənövşəyi xətdə, "Əhmədli–Həzi Aslanov" mənzilində isə hərəkət şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq.

Sərnişin sıxlığı yarandığı halda ehtiyat qatarlar xəttə buraxılacaq, stansiyalarda nəzarət tədbirləri gücləndiriləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!