Sabahdan yol polisi bu sürücüləri cərimə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan yol polisi bu sürücüləri cərimə edəcək

Sosial

31 İyul 2023 15:57 160333


Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsi moped sürücülərinə müraciət edib.

“Yeni Sabah”ın məlumatına görə, müraciətdə deyilir:

"Milli Məclis “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir. Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi sabahdan etibarən inzibati məsuliyyət yaradacaq. Dördpendirli pizza

Eyni zamanda konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq. Bir daha sürücülərdən mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etmələri xahiş olunur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!