Sabahın havası: Duman, külək...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: Duman, külək...

Sosial

18 Noyabr 2022 12:35 643


Milli Hidrometeorologiya Xidməti noyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraitini açıqlayıb.

YEnisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 766 mm civə sütununadək yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. pizza sifarişi

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!