Sabiq nazir dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazir dəfn olundu

Sosial

04 Oktyabr 2025 13:44 644


Keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi başa çatıb.

Yenisabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə naziri Teymur Musayev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ADA Universitetinin rektoru Hafiz Paşayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in rəhbəri Vüqar Qurbanov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və başqa rəsmilər vida mərasimində iştirak ediblər. 

O.Şirəliyevin cənazəsi Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Bir sıra vəzifələrdə çalışıb, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub.

O, oktyabrın 3-də axşam saatlarında vəfat edib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!