Sabirabadda natəmizlik: Vəzifəli şəxslər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda natəmizlik: Vəzifəli şəxslər cərimələndi

Sosial

30 İyun 2023 17:56 763


Sabirabad rayonu ərazisində ətraf mühiti çirkləndirənlər cərimələnib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, rayon ərazisində yerləşən müxtəlif küçə və prospektlərdə, eləcə də yaşayış binalarının ətraflarında sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə rayon bələdiyyəsinin sədri, mənzil istismar idarəsinin və sanitar təmizlik idarəsinin rəhbərlikləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!