“Şabranda bir neçə gündür davam edən güclü meşə yanğınları nəticəsində rayonun Dağbilici kəndində 3 ev yanıb. Bir ev tamamilə yanaraq sıradan çıxıb, digər iki ev qismən yanıb. Həmçinin Zöhramı kəndində 10 evin yardımçı hissələri yanğından zərər görüb”.
Yenisabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev danışıb.
Onun sözlərinə görə, bu, yanğının vurduğu zərərlə bağlı ilkin məlumatdır: “Hazırda meşə yanğınlarının Şabran rayonuna vurduğu zərərin araşdırılması ilə bağlı komissiya işləyir”. Sezar pizza
İ. Ağayev, həmçinin bildirib ki, artıq rayonun digər kəndlərində yanğınlar bir qədər səngiyib. Yuxarı kəndlərdə 13 yanğınsöndürmə texnikası həmin ərazilərdə keşik çəkir. Hər hansı xoşagəlməz hadisə olarsa, qarşısını almağa hazırdırlar.
Telegram kanalımız